Ali Ashikar — Yadigar

Смотреть видео Ali Ashikar — Yadigar онлайн, скачать на мобильный.

598, 917
8, 972   |   0
Ali Ashikar   |   8 год. назад
Поделиться этим видео
Описание видео

Ali Ashikar — Yadigar - Популярные видеоролики!

Ali Ashikarın "Yadigar" treki artıq onlayndır.
Ali Ashikara YouTube-da abunə ol: https://mikpro.az/ashikaryt

Miks və masterinq: Ali Ashikar
Cover: Təbriz Dünyamalızadə
Studio: Art Music

Ali Ashikarı sosial şəbəkələrdə izlə:
Facebook: https://mikpro.az/ashikarfb
Instagram: https://mikpro.az/ashikarig
Twitter: https://mikpro.az/ashikartw
Genius: https://mikpro.az/ashikargn

Ali Ashikarı rəqəmsal platformalarda dinlə:
Keçid: https://mikpro.az/ashikar.dinle

Sözlər:

Bənd 1:

Yarım qalan şeirlərim yadigardı o günlərdən,
Elə bil illər bizi böyütmüşdü bir bələkdə.
Axı mən şirin gülən qəmzələrin kölgəsində dincəlirdim,
Ona görə üzülürdüm gülməməyinə.

Buraxa bilmədiyim ipin ortasından kəsdin sən,
Yarada bilmədiyim evin qapısını kəsdin sən.
Heç kəsin eşitmədiyi ən duyğulu səs idin sən,
Elə bilirdi tanımayacam saçlarını kəsdirsə.

Gördüm onu o evin divarlarına sarılmışdı,
Külqabımda yanan insan məktublara yazılmışdı.
Gördüm onu kül olub gözlərimdə yaşarmışdı,
Ən gözəl xatirələr çünki səninlə yaşanmışdı.

Güldürüb ağlamışdım, gül dərəndə aldanmışdım,
Səninlə haldan düşdüm,
Get deyəndə dilim sürüşdü,
Görmədin, nə haldaydım imdadıma yadlar düşdü.

Qocalıb soyuğ əllər,
Ocağım soyuğ yerdə,
O çağın illərindən mənə qalan bir yadigartək rəsmlərin,
Sürüşüb düşər əldən.

Bacarsan dilə gətir bu eşqi məndə,
Yenidən bir olaq biz bir bədəndə kövrələk gəl,
Yazarsan məktublar mən olmayan şəhərlərdən,
Gözünü yumub uçurdarsan məni düşünüb pəncərəndən.

Məncə gəlmə sən də bu gün kim gəlib ki gəlməsən də,
Gedənlər gəlməyə hazır deyil ki, əlac yoxdur dərdə səndən.
Və bir gün təsadüfən görüşərik sən anlayarsan gözlərimdən sevdiyimi,
Bizi ayıran insanları danlayarsan.

Səhərçağı, ac qarına bir siqaret,
Və yaxud baş qarışıb içilməyən çay kimiyəm sən gedəndən.
Dilim bir çarə susur,
Yazılan hər cümlə nəğmələrimi qəlbə süzür.

Xor (x2)

Məndən sənə yadigar nəğmələrim qaldı,
Ötüb keçən o günləri yenə yadıma saldı.
Səndən mənə yadigar acı sözlər qaldı,
Məni məndən alarkən səni yadıma saldı.

Yenə gözləri doldu,
Unudaram özümü siləndə o gözləri mən.

Keçid:

Düşür gözlərimdən bir damla yaş,
Düşün bu sevgidən hər yanda var.
Ama bizə bax nə hala qalıb sevgimiz,
Düşüb yerə qaldır üzünə baxım.

Xor (x2)

Məndən sənə yadigar nəğmələrim qaldı,
Ötüb keçən o günləri yenə yadıma saldı.
Səndən mənə yadigar acı sözlər qaldı,
Məni məndən alarkən səni yadıma saldı.

Yenə gözləri doldu,
Unudaram özümü siləndə o gözləri mən.


Ali Ashikar tərəfindən ifa olunan "Yadigar" parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "Art Music" tərəfindən qorunur. © 2021

Yayım hüquqları "mikpro" MMC-ə məxsusdur.

Etiketlər:

#AliAshikar #Yadigar #mikpro


Ссылка на страницу с видео:

Ссылка HTML на страницу с видео:

Код для вставки плеера: